This article is brought to the attention of general human culture starting circular dance. It is assumed that these dances are original outlook of ancient people associated with the cult of the sun. Associated with the cult of the sun and the circular shape the place where people live. It provides information about the reflection of people dancing on the material culture samples. Key words: the cult of the Sun, image of dancing people, pitcher, carpet, circle dances. В статье доводится внимание на общечеловеческую начальную культуру круговых танцев. Предполагается, что такие танцы являются изначальным мировоззрением древних людей связанный с культом Солнца. Связывается с культом Солнца и круговые формы место проживания людей. Дается информация об отражении танцующих людей на образцах материальной культуры. Ключевые слова: культ Солнца, изображения танцующих людей, кувшин, ковёр, круговые танцы.
Posted 02 March 2010 - 02:36 AM
əs sələmu aleykum.Qardaş mən bir məsləhətsiz iş görmüşəm.Bilmirəm xəta deyim ya yox. Mən Orta Yol un emailni götürüb onunla məktublaşıram. Cox məktublaşdım hər şeyi başa saldı baxmayaraq ona söz tapa bilmirəm yenədə onunla razılaşmaq istəmirəm.Cünki sizi tanıyıram az da olsa elminizdən xəbərim var. Amma o məsələləri dərinə gedir.hətta deyərdim ki,cox məsələdə elmlidir. Axrıncı dəfə mənə dəlil gətirdi.bu dəlildən sonra təmiz beynim qarışıb. Allah rizasına cavab yazın. Amma dəlillə ki ona nə isə deye bilim.
1 ci-"Zahiri əməlləri iman adına daxil etmək məcazidir" sözünü deyən kəsə deyərik ki, sənin ixtilafın ləfzidir, çünki əgər sən (zahiri əməllərin) qəlbdəki vacaib imanın qaçınılmaz/ayrılmaz nəticəsi və vacib qıldığı nəticəsi olduğunu qəbul edirsənsə, həmin qaçınılmaz/ayrılmaz nəticənin olmaması həmin nəticəni tələb edən səbəbin də olmamasını tələb edir, beləliklə zahirin olmaması batinin də olmamasını lazım edir. Əgər sən bunu etiraf edirsənsə, o zaman sənin bizimlə ixtilaf etməyin ləfzi ixtilafdır. Lakin əgər insanın küfrü izhar etməsi və bütün vacibləri tərk etməsi ilə birlikdə onun qəlbində səhih vacib iman yer tuta bilir deyərək Cəhm və onun davamçılarının görüşlərinin həqiqəti olan bu görüşü qəbul edirsənsə, o zaman bu sənin "zahir batinin qaçınılmaz/ayrılmaz nəticəsi və onu vacib sonucudur" sözlərini inkar edir. Əksinə deyirlər ki, sənin görüşünün həqiqəti budur ki, sənə görə zahir batini bəzən izləyir, bəzən isə ondan ayrı olur, lakin daim onu izləmir, nə də onun vacib sonucu və mə'lulu deyildir. Lakin dəlilidir, əgər mövcud olarsa, batinin mövcud olduğuna dəlalət edir. Əgər yox olarsa, batinin yox olduğuna dəlalət etmir. Bu, sənin sözünün mahiyyətidir."
"Məcmu əl-Fətava", 7/577
Çünki müşriklər də, kitab əhli də bu işləri vacib görürlər. O əməllər ki, onlar xüsusi ilə Muhamməd vasitəsilə vacib buyurulmuşdur, bax o vacib əməllərdən heç bir şeyə əməl etmədən insan Allaha və Rasuluna iman etmiş olmaz."
"Məcmu əl-Fətava", 7/621
Hele coxlu sheyler verib mənə bu məni ən cox maraqlandırandır.Xais edirəm cavab yazın.amma dəlillə yazın .Necəki o eləyirdi hətta bizim dəlillərimizi araşdırıb xətaları cixardırdı.Allah razı olsun Cəmi müsəlmanlardan
Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Əvvəla, siz nahaq belə adamlarla məktublaşırsınız. Siz özünüz də gördünüz ki, nə lazımdırsa, biz ona dedik, amma o qəbul eləmədi. Ona görə də sizing belə birisi ilə yazışması düzgün deyil. Hələ üstəlik o qədər zəifsiniz ki, ona cavab verə bilməmisiniz. Əslən onun elmi heç yoxdur. Sadəcə saytlara girib orda fətvaları nüsxələyib bura qoyur. Biz yazdıqlarımızı isə oxumur, oxusa da qəbul etmir.
Soruşun ondan ki, “elmini” hansı müəllimdən alıb, heç olmasa birinin adını çəksin. Çünki size o cür səviyyədə olan birisinin aldatması çox gülməlidir. Heç olmasa bir müəlliminin adını desin ki, siz biləsiniz ki, buna qulaq asmaq olar, yoxsa yox. Əgər tabiinlərin vaxtında deyirdilərsə ki, baxın elmi kimdən götürürsünüz, bizim dövrdə çox ehtiyatlı olmaq lazımdır.
1. Bu sadəcə şeyxulİslamın (rahimahullah) murciyə əhlinə cavabıdır, bunu bizə aid eləmək böyük səhvdir. Çünki biz demirik ki, zahir əməllərin imanla heç bir əlaqəsi yoxdur və ya ayrıdır. Biz deyirik ki, əgər batindəki əməl tam olsa, onda əməl zahirə çıxmalıdır. Əgər tam olmasa, naqis olsa, çıxmaya bilər. Qəlb iman üçün əsasdır. Zahir də onun ayrılmaz bir əlaqəsidir. Sadəcə şeyxulİslam (rahimahullah) dediyi kimi, əgər zahirdə əməl yoxdursa, bu dəlildir ki, ya iman yoxdur, ya da zəifdir. Çalışın belə ümumi cümlələrə aldanmayın.
2. Vacib olan əməllər çoxdur, hər birinin də öz hökmü var. Məsələn, namaz. Namazı tərk edən barədə alimlər ixtilafda olublar. Ən böyük əməl olan namazdır, lakin namazı tərk edəni əhli sunnənin böyük alimləri kafir görməyiblər. İndi bu o demək deyil ki, bununla həmin alimlər murciyə olur. Şeyxulİslamın (rahimahullah) özü namazı tərk edəni kafir görmür. Sadəcə şeyxin 7-ci cildə sözləri murciyələrə cavablardır, yəni onlara əməlin vacibliyini sübut etmək istəyir.
Amma bu heç onun yazılarına oxşamır. Çünki o bu səviyyədə deyildi. Siz özünüz başqa üslubla onun üstünə atıb mənə sual verirsiniz. Əsas dəlili düzgün başa düşməkdir, dəlillərin çoxluğu deyil. Xüsusən də məsələni dərindən bilmirsinizsə, belə adamlarla danışmayın, bunlar size asanlıqla aldada bilərlər. Əlhəmdulillah, biz murciyə deyilik. Biz deyirik ki, iman dillə deyib, qəlblə etiqad edib, əməllə göstərməkdir. Deyirik ki, əməl imandan ayrılmazdır. Sadəcə bir incəliyi demək istəyirəm ki, bu adamlar əməl deyəndə ancaq zahiri əməlləri qəsd edirlər, həm də bununla namaz qılmayanı da kafir görürlər – vəssəlam. Çünki özlərindən soruşanda ki, bəs əməl çoxdur, başqa əməli tərk edən nə olur – deyirlər, yox, kafir olmur.
P.S. Bir də maraqlıdır ki, o səninlə məktublaşmağa vaxt tapır səfərdən, amma bizim burdakı sualları cavabsız qoyur?
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!