doğum kontrol aparatı / Vintaçan Dəsti 6 əd C - seafoodplus.info

Doğum Kontrol Aparatı

doğum kontrol aparatı

mənbəni redaktə et]

Neft kimyası və üzvi kimya sahəsində alim olan Vaqif Fərzəliyevin elmi fəaliyyətinin əsas istiqaməti müxtəlif təyinatlı sürtkü yağlarına, yanacaq və yağlayıcı-soyuducu mayelərə müxtəlif funksional təsirə malik yeni aşqarların sintezi, yüksək təsirə malik aşqarların məqsədyönlü sintezinin elmi əsaslarının yaradılması məqsədilə onların təsir mexanizminin, həmçinin tərkibi, quruluşu və funksional təsiri arasındakı asılılığın öyrənilməsi, yaradılmış aşqarlar əsasında yüksək keyfiyyətli sürtkü və yanacaq kompozisiyalarının, habelə yağlayıcı-soyuducu mayelərin yaradılması və istehsalata tətbiqi təşkil edir.

Vaqif Fərzəliyev ilk dəfə olaraq oksidləşmənin kombinə təsirə malik inhibitorları olan fenolların, naftolların və aromatik aminlərin kükürdlü törəmələrinin antioksidləşdirici təsir mexanizmini müəyyənləşdirmişdir. Karbohidrogenlərin oksidləşməsi prosesinin kombinə təsirə malik antioksidləşdirici aşqarlarla inhibitləşməsinin elementar reaksiyalarının kinetik qanunauyğunluqları və kəmiyyət xarakteristikaları müəyyənləşdirilmişdir. Nəzəri tədqiqatların nəticələri əsasında sürtkü yağlarına və yanacaqlara yüksək təsirə malik yeni nəsil antioksidləşdirici aşqarlar sintez edilmiş, antioksidantların səmərəli sinergetik kompozisiyaları işlənilmişdir. Bu tədqiqatlar ona yeni elmi istiqamətin – kombinə təsirli antioksidləşdirici aşqarların işlənilməsinin elmi əsasının yaradılması və inkişaf etdirilməsinə imkan vermişdir. Antioksidantlar sahəsində elmə və tətbiq təcrübəsinə verdiyi töhfələrə görə Vaqif Fərzəliyev cu ildə Rusiya Elmləri Akademiyasının təsis etdiyi "Akademik N. M. Emanuelin xatirəsi" medalı və diplomla təltif edilmişdir.

Vaqif Fərzəliyev tədqiqatlarının bir bölümü yeyilməyə və siyrilməyə qarşı kükürdlü aşqarların sintezi və təsir mexanizminin öyrənilməsinə həsr edilmişdir. O, ilk dəfə olaraq tiiran birləşmələrin yeyilməyə və siyrilməyə qarşı yüksək təsirli aşqarlar olmasını elmi surətdə əsaslandırmaqla irəlicədən söyləmiş və praktiki olaraq üzə çıxarmış, onların funksional təsir mexanizmini öyrənmişdir. Bunlar isə ona xarici analoqlardan bəzi xassələrinə görə üstün olan yeyilməyə və siyrilməyə qarşı bir sıra tiiran tipli aşqarları yaratmağa imkan vermişdir.

Vaqif Fərzəliyev sürtkü yağlarına özlülük, dispersləyici və çoxfunksiyalı polimer aşqarların sintezi, tədqiqi, texnologiyasının işlənilməsi və tətbiqi sahəsində böyük həcmli elmi-tədqiqat işləri aparmışdır. Bunlardan dispersləyici və çoxfunksiyalı aşqarların işlənilməsi sahəsindəki tədqiqatlar xüsusilə diqqətəlayiqdir. O, SSRİ-də ilk çoxfunksiyalı təsirə malik polimer aşqarlarını (ИХП, ИХП, ИХП və s.) yaratmışdır. Bunlar sürtkü yağlarının eyni vaxtda bir neçə xassəsini, məsələn, özlülük-temperatur, yuyucu-dispersləyici, korroziyaya, oksidləşməyə və yeyilməyə qarşı xassələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Həmçinin polimer aşqarların bir çox növlərinin sintezi reaksiyalarının qanunauyğunluqları müəyyənləşdirilmişdir. Vaqif Fərzəliyevin yaratdığı ИХП çoxfunksiyalı polimer aşqar və onun əsasında işlənilmiş bir sıra motor yağları SSRİ Dövlət Komissiyası tərəfindən istehsala və tətbiqə buraxılmışdır.

Vaqif Fərzəliyevin sintetik yağlara aşqarların, eləcə də xüsusi texnikada istifadə edilən sintetik sürtkü kompozisiyalarının işlənilməsinə dair tədqiqatları da praktiki əhəmiyyətə malikdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra əvvəlki illərdə respublikamıza kənardan gətirilmiş sürtkü yağlarını əvəz etmək üçün Aşqarlar Kimyası İnstitutunda Vaqif Fərzəliyevin rəhbərliyi ilə qısa müddətdə Bakı baza yağları və mövcud aşqarlar əsasında müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı sürtkü yağları yaradılmış və onların istehsalı sənaye və təcrübi-sənaye miqyasında təşkil edilmişdir. Vaqif Fərzəliyevin rəhbərliyi ilə Aşqarlar Kimyası İnstitutu AMEA-nın Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən AMEA-nın Təcrübə-Sənaye Zavodunun inkişafı üçün böyük elmi-texniki işlər yerinə yetirmişdir. Təcrübə-Sənaye Zavodunun fəaliyyətini gücləndirmək üçün institut tərəfindən zavodda müxtəlif təyinatlı sürtkü yağları və sürtkülərin yaradılması, istehsalının təşkili, istehsal və istehlakını təmin edən normativ-texniki sənədlərin işlənməsi, təcrübi sınaqların aparılması sahəsində elmi və praktiki işlər yerinə yetirilir. Belə ki, institutun elmi-texniki yardımı ilə Təcrübə-Sənaye Zavodunda onlarla yeni sürtkü materiallarının istehsalı təşkil edilmişdir.

Vaqif Fərzəliyevin bilavasitə rəhbərliyi ilə yaradılmış "Depressator – AKİ" aşqarı institutun "Aşqar" Elmi İstehsalat Birliyində istehsal olunaraq yüksək parafinli neftlərin (Qazaxıstan və Türkmənistandan Sanqaçal terminalına daxil olan neftlər) Bakı-Ceyhan boru xətti ilə uzaq məsafəyə ötürülməsində istifadə olunur. "Depressator– AKİ" "Məxfi" qriflə Azərbaycan patenti (İ 05M) ilə müdafiə olunmuşdur.

Vaqif Fərzəliyevin rəhbərliyi ilə ekoloji gərginlik yaradan işlənmiş sürtkü yağlarının unikal regenerasiya texnologiyası işlənib hazırlanmış və regenerasiya məhsulu əsasında bir sıra sürtkü kompozisiyalar yaradılmışdır. İşlənmiş sürtkü yağlarının yaradılmış regenerasiya texnologiyası "Məxfi" qriflə Azərbaycan patenti (İ 03M) ilə müdafiə olunmuşdur.

Vaqif Fərzəliyev "Fizioloji fəal birləşmələrin sintezi və tədqiqi" elmi istiqamətin rəhbəri kimi böyük elmi uğurlar əldə etmişdir. Qeyd olunan mövzunun icrası nəticəsində bir sıra yüksək təsirli fizioloji fəal üzvi birləşmələr sintez edilmiş və onların canlı orqanizmdə baş verən bir sıra patoloji proseslərin (bədxassəli şiş, mədə traktı, tənəffüs yollarının iltihabı, Alzheimer xəstəliyi və s.) qarşısını alması müəyyən edilmişdir. Bu istiqamətdə Türkiyənin Atatürk Universiteti, İtaliyanın Florensiya Universiteti və Səudiyyə Ərəbistanının Kral Saud Universiteti ilə apardığı müştərək elmi tədqiqat işlərinin nəticələri "Web of Science" bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda çap olunmuşdur.

Vaqif Fərzəliyevin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri ölkənin müdafiə qüdrətinin yüksəldilməsinə yönəlmiş elmi tədqiqat işləridir. SSRİ dövründə Aşqarlar Kimyası İnstitutu tərəfindən bir sıra xüsusi təyinatlı sürtkü yağları yaradılmış və istehsalı təşkil olunmuşdur. Bu yağlardan biri də Ukraynanın Xarkov şəhərində yerləşən "Завод им. seafoodplus.infoва"da istehsal olunan T markalı tankda istifadə edilən xüsusi təyinatlı yüksək gücə malik dizel mühərriki üçün yaradılmış МИХП-3 motor yağıdır. ИХП – Aşqarlar Kimyası İnstitutunun rusca qısa adıdır (Институт Химии Присадок). Azərbaycan suverenlik əldə etdikdən sonra Vaqif Fərzəliyevin rəhbərliyi ilə Bakı baza yağları və mövcud aşqarlardan istifadə edərək МИХП-3 motor yağının və digər xüsusi təyinatlı sürtkü yağlarının analoqları yaradılmış, istehsalı institutun nəzdində fəaliyyət göstərən "Aşqar" Təcrübə İstehsalı ilə Xüsusi Texnoloji Büroda (indiki "Aşqar" Elmi İstehsalat Birliyi) təşkil edilmiş və tonlarla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edilmişdir. Qeyd olunan xüsusi təyinalı motor yağları Birinci Qarabağ müharibəsində də istifadə olunurdu. "Завод им. seafoodplus.infoва" yeni nəsil xüsusi təyinatlı yüksək gücə malik dizel mühərrikinin yaradılması ilə əlaqədar zavod nümayəndələri cu ildə Aşqarlar Kimyası İnstitutuna ezam olunmuş və yeni mühərrikin tələblərinə uyğun, МИХП-3 motor yağına nisbətən daha yüksək keyfiyyətə malik yeni motor yağının yaradılmasını müzakirə etmişlər. Vaqif Fərzəliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə qısa müddətdə qoyulmuş tələblərə uyğun yeni yüksək keyfiyyətli motor yağı yaradıldı və bu yağ МИХП-3у adlandırıldı ("у" – rusca улучщенное, yəni yaxşılaşdırılmış sözünün baş hərfidir). Yaradılmış МИХП-3у motor yağı "Завод им. seafoodplus.infoва"da geniş sınaqlar üçün tələb olunan miqdarda təcrübi nümunəni almaq üçün yağın texniki şərtləri işlənildi, Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ-də qeydiyyatdan keçirildi (TŞ AZ–) və istehsalı AMEA-nın Təcrübə-Sənaye Zavodu MMC-də təşkil edildi. "Завод им. seafoodplus.infoва"da bir neçə mühərrikdə aparılmış stend sınaqları nəticəsində yaradılmış МИХП-3у motor yağının yüksək keyfiyyətə malik olması müəyyən edilmiş və yeni nəsil dizel mühərrikində istifadə üçün tövsiyə edilmişdir. Xüsusi təyinatlı МИХП-3у motor yağı "Məxfi" qriflə Azərbaycan patenti (İ 01M) ilə müdafiə olunmuşdur. Yaradılmış xüsusi təyinatlı МИХП-3у motor yağı Azərbaycan Respublikası Müdafiə Nazirliyində mövcud tankların mühərriklərində müəyyən edilmiş proqram üzrə praktiki sınaqlardan uğurla keçmiş və sınaqların nəticələrinə əsasən sınaq komissiyası МИХП-3у markalı motor yağının tank mühərriklərində istifadəsini məqsədəuyğun hesab etmişdir. Qeyd etmək lazımdır ki, Vaqif Fərzəliyevin rəhbərliyi ilə yaradılmış МИХП-3у motor yağı istismar xassələrinə görə nəinki öz sələfi olan МИХП-3 motor yağından, həmçinin aparıcı xarici ölkələrdə bu məqsədlə geniş istifadə olunan CF-2 motor yağından da üstündür. Elə ona görə də МИХП-3у motor yağı Pakistanın Müdafiə Nazirliyinin marağını doğurmuşdur. Bir sözlə, Vaqif Fərzəliyevin xüsusi təyinatlı sürtkü yağlarının yaradılması istiqamətində apardığı elmi-tədqiqat işlərinin nəticələri təkcə ölkəmizin strateji məhsullara olan tələbatının ödənilməsi və müdafiə qüdrətinin yüksəldilməsinə deyil, həm də müştərək əməkdaşlıq edilən dost və qardaş ölkələrin iqtisadi inkişafına və müdafiə qüdrətinin yüksəldilməsinə müəyyən töhfə vermiş olur. Xüsusən də o ölkələrin strateji məhsullarla təchizat məsələsi meydana gəldikdə, Azərbaycanla analoji problemləri yaşayan və 44 günlük Vətən Müharibəsi zamanı bizi tək qoymayan Türkiyə, Pakistan, Ukrayna kimi qardaş və dost ölkələr üçün bu faydanın miqyası dəfələrlə artmış olur. Vaqif Fərzəliyevin rəhbərliyi ilə bilavasitə iştirakı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamında olan Rusiyanın T tankının yüksək gücləndirilmiş dizel mühərrikinin bütün mövsümlərdə normal işləməsini təmin edən M/16Д2 markalı xüsusi təyinatlı motor yağı yaradılmışdır. Yaradılmış motor yağına Azərbaycan patentini almaq üçün iddia sənədləri Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Əmtəə Nişanları və Patent üzrə Ekspertiza Şurasına təqdim edilmişdir.

Beləliklə, Vaqif Fərzəliyevin elmi fəaliyyətinin nəticələri həm neft kimyası və üzvi kimya elmi istiqamətlərin nəzəri məsələlərin həllinə, həm də ölkə iqtisadiyyatının inkişafına və müdafiə qüdrətinin yüksəldilməsinə əvəzsiz tövhələr vermişdir.

Elmi əsərləri[redaktə mənbəni redaktə et]

Vaqif Fərzəliyev ci ildən Azərbaycan Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun direktoru vəzifəsində çalışmaqla öz istedadının daha bir dəyərli cəhətini — elmi təşkilatşılıq bacarığını bariz şəkildə göstərmişdir. Mürəkkəb dövrdə — ölkəmizin üçün yeni olan bazar iqtisadiyyatına keçid dövründə — cı illərin ortalarında o, bir rəhbər kimi institutunelmi potensialını və ənənələrini qoruyub saxlaya bilmişdir.

V. Fərzəliyevin rəhbərliyi ilə AKİ-nin alimləri tərəfindən son illərdə səmərəli aşqarlar və müxtəlif motor, transmissiya, hidravlik və konservasiya yağları, yağlayıcı-soyuducu və digər xüsusi mayelər yaradılmış və sənayedə tətbiq olunmuşdur. Fundamental tədqiqatlar əsasında çoxsaylı yeni üzvi maddələr sintez və tədqiq edilmiş, müxtəlif siniflərin, üzvi maddələrinin tərkibi, quruluşu və funksional xassələri arasındakı qarşılıqlı əlaqə, habelə, bəzi aşqarların təsir mexanizmi öyrənilmişdir.

Aşqarlar Kimyası İnstitutunun elmi əməkdaşlarının yaradıcı əməyinin beynəlxalq miqyasda yüksək dəyərləndirilməsində də V. Fərzəliyevin direktor olaraq xidməti böyükdür. AKİ "Biznesdə Təşəbbüs İstiqamətləri" Beynəlxalq Təşkilatının ci ildə "Qızıl kateqoriya", ci ildə "Platin kateqoriya" və cü ildə isə "Brilyant kateqoriya" mükafatlarına layiq görülmüşdür. Bu mükafatlar üzün illər ərzində institutun kollektivinin aşqarlar kimyası sahəsində və eləcə də yüksək keyfiyyətli sürtkü materiallarının, yanacaqlarının, yağlayıcı-soyuducu mayelərin yaradılmasında əldə etdikləri elmi və tətbiqi nailiyyətlərin yüksək qiymətləndirilməsinin nəticəsidir.

Elmi-ekspertiza və konsaltinq fəaliyyəti[redaktə mənbəni redaktə et]

Xarici keçidlər[redaktə

nest...

batman iftar saati 2021 viranşehir kaç kilometre seferberlik ne demek namaz nasıl kılınır ve hangi dualar okunur özel jimer anlamlı bayram mesajı maxoak 50.000 mah powerbank cin tırnağı nedir