hacı numan ders programı / ALATOO ACADEMIC STUDIES - PDF Ücretsiz indirin

Hacı Numan Ders Programı

hacı numan ders programı

Azərbaycan mədəniyyəti

Azərbaycan mədəniyyəti (azərb-ərəb.آذربایجان مدنیتی‎[qeyd 1]) — azərbaycanlıların, Azərbaycanetnik qruplarının və tarixən mövcud olmuş dövlətlərinmədəniyyəti. ХI-ХIII əsrlərdə Səlcuqlar və Hülakülər dövründə türk oğuz tayfalarının Şərqi Zaqafqaziya və İran Azərbaycanına gəlişi ilə Azərbaycan xalqı formalaşmağa başlamış və bu proses XV əsrin sonlarına qədər davam etmişdir.[1][2]Azərbaycan ədəbi dili XIII əsrdə formalaşmağa başlamış, XIV–XV əsrlərdə isə yazılı Azərbaycan ədəbiyyatı ortaya çıxmışdır.[3] XVI əsrdə Azərbaycan türkləri tərəfindən qurulan[4]Səfəvilər imperiyasında Azərbaycan dili dövlət dili olaraq istifadə edilirdi.[5]

Əsrlər boyunca Azərbaycan dili bütün Persiya, Qafqaz və cənub-şərqi Dağıstandalinqva franka kimi ticarətdə və etnik qruplar arası qarşılıqlı münasibətlərdə istifadə edilib.[6] İranda uzun müddət azərbaycandilli sülalələrin hakimiyyətdə olması fars dilinə idarəçilik, titul adları və hərbi terminologiyada bir çox azərbaycanizmlərin daxil olmasına gətirib çıxarmışdır.[3] Azərbaycan ədəbiyyatının geniş inkişaf etdiyi Səfəvi dövründə Azərbaycan dastanları Osmanlı, Çağatay və fars ədəbiyyatlarına nüfuz etmiş,[7] XVIII əsrdə erməni və gürcü aşıqları Azərbaycan aşıq sənəti nümunələrini öz əlifbaları ilə qeydə almışdır.[8] Orta əsrlərdə formalaşmış Azərbaycan xalçaları Asiya və Avropada məşhurlaşmış,[9] Azərbaycan xalçaçılarının ideya və bacarıqları bütün Qafqazda hiss edilmişdir.[10]

XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olurlar. XIX əsrin sonu-XX əsrin əvvəlləri Azərbaycanda milli oyanış — mədəni Renessans dövrü (maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı) baş vermişdir.[11][12] Bu dövrün azərbaycanlı islahatçı ziyalıları dövrü nəşrlər, teatr truppaları və qonşu dövlətlərdəki konstitusiya hərəkatlarında iştirak vasitəsilə türk Cənubi Qafqazından başqa İran, Osmanlı və Mərkəzi Asiyada da təsirə malik oldular.[13]Azərbaycan əlifbaislahatı isə Türk yazı inqilabına başçılıq etmiş, bütün Türk dünyasına birbaşa təsir etmişdir.[14] Azərbaycan İslam dünyasında milli teatrın, operanın, qərb tipli universitetin və baletin əsasının qoyulduğu ilk ölkədir. Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlətlərdən biri, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlətdir.[15]

Azərbaycanlıların tarixi topluluğu cənubda Qızılüzən çayından şimalda Böyük Qafqaz dağlarına, şərqdə Xəzərdən qərbdə Gürcüstan və Ermənistana qədər olan ərazidə ortaya çıxmışdır. İranda Azərbaycan dili az qala Qəzvinə qədər danışılır,[16] Gəlucah isə Azərbaycan linqvistik ərazisinin ən şərq nöqtəsi sayılır.[17] XV əsrdə Azərbaycan mədəniyyətinin iki mərkəzi formalaşmışdır: Cənubi Azərbaycan və Aşağı Qarabağ.[1] Azərbaycan mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhəri 2021-ci ildən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.[18]

Azərbaycanlılar Qafqaz,[19] türk[20] və İran elementləri daşıyan irsə malikdirlər.[21][22]Azərbaycanda İslamın yayılmasıyla İslam mədəniyyəti inkişaf etmiş,[1] bu dinin təsiri Azərbaycan mədəniyyətinin mayasına hopmuş, digər mədəni elementlərlə birləşmişdir.[23] Azərbaycanın maddi mədəniyyəti əsrlər boyunca davam edən simbiozun, yerli elementlərin və köçərilərin töhfələrinin incə birləşməsinin nəticəsidir.[24] XIX əsrin sonu-XX əsrin əvvəlləri milli oyanış dövründə Qərb dəyərləri və təşkilatları Azərbaycanda tətbiq edilmiş,[12] 2001-ci ildən Azərbaycan Avropa Şurasının üzvü olmuşdur.[25] Hal-hazırda, 6 müstəqil türk dövlətindən biri olaraq, Azərbaycan Türk Dövlətləri Təşkilatı və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının aktiv üzvüdür.

Azərbaycanda UNESCO tərəfindən qeydə alınmış 3 Ümumdünya irsi, 19 qeyri-maddi mədəni irs, 2 əlyazma toplusu, 3 yaradıcı şəhər var. Dağlıq Qarabağ münaqişəsinə görə torpaqlarını tərk etmiş Qarabağ və Şərqi Zəngəzur azərbaycanlılarının repatriasiyası üçün "Böyük Qayıdış" layihəsi davam etdirilir, ərazidə ziyan görmüş Azərbaycan mədəniyyət abidələri bərpa edilir.[26]

Mədəniyyətin inkişaf tarixi[redaktə mənbəni redaktə et]

"Azərbaycan" toponimiparf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Atropatenanın banisi Midiya satrapı Atropatın adı "atəş mühafizəçisi" deməkdir. Azərbaycan tarixi ərazisi birinci olaraq Arazdan cənubdakı ərazilər üçün, indiki İran Azərbaycanı üçün istifadə edilsə də, XIII əsrin əvvəllərində Yaqut əl-Həməvi tərəfindən verilən məlumat bu dövrdən bir qayda olaraq Azərbaycan anlayışının şimala qədər yayıldığını göstərir.[27] Müasir Azərbaycan Respublikasının Muğan ərazisi də tarixi Azərbaycana daxil idi.[28] Səfəvilər dövründə paytaxtı Təbriz olan Azərbaycan bəylərbəyliyinə Şimal Azərbaycanın Talış və Arazbar bölgələri daxil idi.[29]İranika ensiklopediyasına görə Səfəvilər dövründə Azərbaycan termini Arazdan şimaldakı bəzi ərazilər üçün istifadə edilib, hansı ki, idarəçilik baxımından Azərbaycan bəylərbəyliyinin canişininə tabe idi.[30] Səfəvilər dövründə Azərbaycan termini həm şimaldakı, həm cənubdakı Azərbaycan vilayətləri üçün istifadə edilirdi.[31] "Azərbaycan" adı ilk dəfə Zaqafqaziya seyminin müsəlman fraksiyası tərəfindən 27 may 1918-ci ildə rəsmi olaraq istifadə edilmişdir. Fraksiya öz iclasında Azərbaycanınmüstəqilliyini elan edilməsi barədə qərar qəbul etdi.[32]

Azərbaycanlıların tarixi topluluğu cənubda Qızılüzən çayından şimalda Böyük Qafqaz dağlarına, şərqdə Xəzərdən qərbdən Gürcüstan və Ermənistana qədər olan ərazidə ortaya çıxmışdır.[33]Azərbaycanlıların etnogenezindəQafqaz Albaniyası və Atropatena əhalisi (kaspilər, qafqaz albanları, udinlər, midiyalılar[34], talışlar[35]) ilə bu ərazilərə gələn işğalçılar (kimmerlər, skiflər, massagetlər, hunlar, xəzərlər, bulqarlar, oğuz türkləri, qıpçaqlar,[35]peçeneqlər) iştirak etmişdir.[36] Etnogenezdə dominant rolu türklər oynamışdır.[37] Türk komponenti olan oğuz türkləri isə qədim türklərin uqor və sarmat mənşəli tayfalarla qarışması nəticəsində yaranmışdır.[38] ХI-ХIII əsrlərdə Şərqi Zaqafqaziyaya türk oğuz tayfasının gəlişi Azərbaycan xalqının formalaşmasının başlanğıcı idi.[1][2] Türkləşmə üçün münbit şəraitə səbəb bölgədə böyük etnik müxtəlifliyin olması idi.[39] Monqollar dövründə türk tayfalarının köçü davam etmişdir.[40][41] İdarə etdikləri ərazilərə Qubadan cənubdakı azərbaycanlıların torpaqları da daxil olan, İran Azərbaycanında məskunlaşmış Qaraqoyunlu və Ağqoyunlu tayfaları azərbaycanlıların etnogenezində iz qoymuşdur.[35] XV əsrin sonlarında Azərbaycan əhalisinin türkləşməsi başa çatdı və müstəqil Azərbaycan türk xalqı ortaya çıxdı. Anadolu türkləri və Azərbaycan türkləri arasında etnik sərhəd isə XVI əsrdə yarandı.[1] XVI–XVII əsrlərdə bölgəyə padar və şahsevənlərin gəlməsi ilə türk axınları davam etmişdir.[42]

Şnirelmana görə, antik və erkən orta əsrlərdə Albaniya və Atropatena əhalisi arasında mədəni, sosial və liqvistik cəhətdən oxşarlıq yoxdur.[11] Qrantovski eramızdan əvvəl I minilliyə aid İran Azərbaycanı abidələrini Şərqi Zaqafqaziya mədəniyyəti ilə əlaqələndirir.[43] Trever isə eramızdan əvvəl VI–V əsrlərə aid arxeoloji tapıntılara əsasən qafqaz albanları və midiyalılar arasında mədəni yaxınlığın olduğunu qeyd edir.[44]

Tarixdən əvvəlki dövr[redaktə

nest...

batman iftar saati 2021 viranşehir kaç kilometre seferberlik ne demek namaz nasıl kılınır ve hangi dualar okunur özel jimer anlamlı bayram mesajı maxoak 50.000 mah powerbank cin tırnağı nedir

© 2024 Toko Cleax. Seluruh hak cipta.