ilgiliforum com / Джансу Дере – Фирузе

Ilgiliforum Com

ilgiliforum com

Quranın adları Quranın yenə Quran tərəfindən bildirilən bir çox adları vardır. Onun ən çox işlənilən və çox yayılan adı Qurandır. Bunların bir qismini misal olaraq qeyd edək: Əl-Kitab – Quranda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar üçün də işlənilir. Ümmül-Kitab – Ana kitab mənasına gələn bu ad Lövhü-Məhfuz və Fatihə surəsi üçün də işlənmişdir. Əl-Furqan – Haqq ilə batili ayıran deməkdir. Furqan adı altı ayədə işlənir. Əl-Huda – Hidayətedici deməkdir. Əz-Zikr – Zikr həm zikr etmək və həm də şərəf və şərəfli olmaq mənalarına gəlir. Quranın bunlardan başqa Tənzil, Haqq, Ruh, Burhan, Əziz, Şifa, Hikmət, Müheymin, Hablullah, Fasl, Bəyan və bir çox adları da vardır.. http://ilgiliforum.com/resim/2009/02/217/36707_hareketli_dini_gifler_motifler_kenar_susleri.gif Ayə Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi mənalara gəlir. Quranın hər cümləsi, bir həqiqət nişanəsi, ibrətverici bir öyüd olduğu üçün ayə adını almışdır. Ayələrin sayı haqqında fərqli rəqəmlər verilməkdədir. Nafiyə görə 6217 Şeybəyə görə 6214 Kufəlilərə görə 6236 Misirlilərə görə 6219 Müfəssir Zəməxşəriyə görə isə ayələrin 6666-dır. Ayələrin Tərtibi Ayələrin tərtibi, yəni Qurandakı yeri və sıraları Allah tərəfindən bildirilmişdir. Peyğəmbərimiz (s.ə.v) nazil olan hər ayə və ayələrin hansı surənin harasına qoyulacağını bildirirdi. Vəhy katibləri də onları buna görə yazardılar. Ayələrin tərtibində heç bir zaman dəyişiklik olmamışdır. İlk və son nazil olan ayələr İlk nazil olan ayələrin Əlaq surəsinin ilk beş ayəsi olduğu bilinməktədir. Əl-Müdəssir və Fatihə surələrinin də bu ilk nazil olanlar arasında yerə aldığına dair rəvayətlər vardır. Mədinədə ilk nazil olan surə "Bəqərə" surəsidir. Ən son nazil olan ayələrin hansı ayə olduğu barəsində bir neçə fikir vardır. Aşağıda zikr edilən ayələrdən hər birinin ən son nazil olan ayə olduğunu iləri sürən alimlər vardır. Bəqərə 278/281 Nisa, 176 Tövbə 128-129 Nur, 1-3 Maidə 3 Ən çox deyilən fikirlərə görə son nazil olan ayə Maidə surəsinin 3-cü ayəsidir. «Mən bu gün sizin üçün dininizi kamilləşdirdim, sizə nemətimi tamamladım və İslamı sizin üçün din olaraq bəyəndim.» (Maidə -3) http://ilgiliforum.com/resim/2009/02/217/36707_hareketli_dini_gifler_motifler_kenar_susleri.gif Surə Surə kəliməsi: dərəcə, yüksək rütbə, şərəf, gözəl bina kimi mənalara gəlir. Bir termin olaraq surə: Quranın ən az üç ayədən meydana gələn bölümlərindən hər birinə verilən addır. Quranda 114 surə vardır. Hicrətdən öncə Məkkədə 86 və Hicrətdən sonra Mədinədə 28 surə nazil olmuşdur. "Ey insanlar!" deyə başlayan surələr Məkkə, "Ey iman edənlər!" deyə başlayan surələr və ayələr Mədinədə nazil olanlardır. Quranın yazılması Hər ayə və surə nazil olduğunda, Peyğəmbərimiz (s.ə.v) vəhy katiblərini çağırır və onlara, bu ayələri hansı ayələrin yanına və hansı surəyə yazacaqlarını bildirirdi. Ömərin (r.a) təklifi ilə Zeyd Sabitin (r.a) başçılığı ilə Əli (ə.s), Osman (r.a), Übeyy Kab (r.a), İbn Məsud (r.a), Əbu Hureyrə (r.a), Əbu Dərda (r.a) kimi səhabələrdən meydana gələn bir birlik quruldu. Çalışmalar nəticəsində Quran bir kitab halına gətirildi. İbn Məsudun (r.a) təklifi ilə Qurana "Mushaf" adı verildi. Bu "Mushaf" xəlifə Əbu Bəkrin (r.a) yanında mühafizə olunmağa başlandı. http://ilgiliforum.com/resim/2009/02/217/36707_hareketli_dini_gifler_motifler_kenar_susleri.gif Quran elmləri Quranın doğru bir şəkildə təfsir edilə bilməsi üçün lazım olan elmlərə, Quran elmləri deyilir. Əsbabul-Nuzul. Bir neçə ayənin və ya bir surənin enməsinə səbəb olan bir sual və ya hadisəyə əsbabı nüzul deyilir. Ayənin mənasının hökmünün doğru olaraq başa düşülməsində nüzül səbəbinin önəmi böyükdür. Belə ki, Səhabələr ayələrin nüzül səbəblərini bildiklərinə görə mənalarını daha yaxşı başa düşürdülər. Ancaq "Hər ayənin bir gəliş səbəbi vardır", deyə bilmərik. Əl-Vahidi demişdir: "Ayənin nüzül səbəbini bilmədikcə, onu tam olaraq anlamaq mümkün deyildir..." Nəsih-Mənsuh. Nəsihin lüğət mənası: izalə etmək, yox etmək, dəyişdirmək, nəql etmək deməkdir. Bir termin olaraq isə: Bir ayənin və ya hədisin hökmünün, daha sonrakı bir ayə və hədislə ortadan qaldırmaq mənasına gəlir. Bir başqa tərif də: Dini bir hökmün, başqa bir dini dəlil ilə qaldırılmasıdır. Nəsh edən dəlilə nəsih, hökmü qaldırılan ayə və ya hədisə də mənsuh deyilir. (Təfsir üsulu s.122) Bir ayədə nəsihlə əlaqəli olaraq belə buyrulur: "Biz hər hansı bir ayəni dəyişdirir və ya unutdururuqsa, ondan da yaxşısını və ya bənzərini gətirirk. Sən bilmirsənmi ki, Allah hər şeyə qadirdir!" (Bəqərə 2/106) Məsələn "Haraya yönəlirsiniz yönəlin Allahın qibləsi oradır" (Bəqərə 2/115) ayəsini "Üzünüzü "Məscidil Həram" tərəfə çevirin" (Bəqərə 2/144) ayəsinin nəshətdiyini görürük. http://ilgiliforum.com/resim/2009/02/217/36707_hareketli_dini_gifler_motifler_kenar_susleri.gif Möhkəm və Mütəşabih ayələr Qur’andakı ayələrin bir qismi məna baxımından açıq, digər bir qismi də birdən çox mənalı olub, anlaşılması başqa bir səbəbə bağlıdır. Halal, haram, namaz, oruc kimi əhkamla əlaqəli olan ayələr, məna baxımından açıq olan ayələrdir məsələn: "Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!" (Bəqərə - 43) وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَارْكَعُوا مَعَ الرَّاكِعِينَ "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir." (Bəqərə - 45) وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ Bunlara "Möhkəm aylər" deyilir. Gizliliyi olan ayələrə də mütəşabih ayələr deyilir... http://ilgiliforum.com/resim/2009/02/217/36707_hareketli_dini_gifler_motifler_kenar_susleri.gif Həqiqət və Məcaz Kəlimələrin öz mənalarında işlənmələrinə həqiqət, başqa bir mənada işlənmələrinə də məcaz deyilir. Qurani Kərimdəki kəlimələr, öz mənalarında işləndikləri kimi, bəzən də məcazi mənalarında işlədilmişdir. İslam alimlərinin çoxu Quranda məcazın varlığını qəbul edirlər. Bəzi alimlər isə Quranda məcazın yoxluğunu iddia etmişdirlər. Çünki məcaz bir şeyin ifadəsində çətinliyə düşüldüyündə əl atılan bir yoldur. Quran isə bundan uzaqdır. Qurandakı məcaz iki qismə ayrılır.. Əqli məcaz və ya məcaz fi-tərkib. Buna Bəqərə surəsinin 16-cı ayəsini misal gətirə bilərik. "Onların ticarəti kar vermədi." Buradakı "kar vermədi" və "ticarət" kəlimələri, məcazi mənada işlədilmişdir. Mənası budur: "Onların hidayəti buraxıb, dəlaləti seçmələri özlərinə heç bir fayda gətirməz." Lüğəti məcaz və ya məcaz-fil-müfrəd. Buna misal olaraq yenə Bəqərə surəsinin 19-cu ayəsini qeyd edə bilərik. "Onlar barmaqlarını qulaqlarına soxurlar." Əslində barmaqları qulağa soxmaq mümkün deyildir. Burada barmağın ucu nəzərdə tutulmuşdur. Dolayısı ilə bu bir məcazi ifadədir.

"КИНОДИВА" Кино, сериалы и мультфильмы. Всё обо всём!

http://tureckie-seriali.ru/images/mert-firat-biografija.jpg
Мерт Фират

Турецкий актёр, певец и сценарист театра и кино.
Родился10 января 1981 г. (35 лет), Анкара, Турция
    Рост181 см
В 2006 году окончил факультет истории и географии университета Анкары.
Выпускник Государственного театра Анкары.
Играет в спектаклях в Государственном театре с 1999 года.

Мерт Фират (Mert Firat) – один из ярких талантов современной турецкой киноиндустрии. Молодость не помешала ему сняться в большом количестве фильмов.

Мерт Фират — настоящий трудоголик! Фильмы и сериалы с участием этого 34-летнего актера выходят каждый год. А еще Фират успевает работать сценаристом.

Популярность чернобровому мужчине принесло участие в популярном турецком сериале «Тысяча и одна ночь». Кстати, несмотря на звездный статус, артист остается простым и приятным в общении человеком. По крайней мере, именно так отзываются о Мерте «напарницы» по съемочной площадке.

0

nest...

batman iftar saati 2021 viranşehir kaç kilometre seferberlik ne demek namaz nasıl kılınır ve hangi dualar okunur özel jimer anlamlı bayram mesajı maxoak 50.000 mah powerbank cin tırnağı nedir