ramazan bayramı başlangıcı 2021 / Azərbaycan mədəniyyəti — Vikipediya

Ramazan Bayramı Başlangıcı 2021

ramazan bayramı başlangıcı 2021

mənbəni redaktə et]

Həmçinin bax: Qafqaz Albaniyasının memarlığı

Tarix öncəsi dövrlərə aid yaşayış yerləri olan meqalitik və siklopik tikililərin qalıqları (xalq yaşayış yerləri olan "qaradam"ların ilkin forması) Kiçik Qafqazın dağlıq hissələrində və Naxçıvan ərazisində aşkarlanmışdır. Bu cür tikililər Azərbaycanda Eneolit və Erkən Tunc dövrünə aid edilir.[] Belə yaşayış yerlərinə nümunə olaraq Füzuli rayonu ərazisində Qaraköpəktəpə, Sədərək rayonu ərazisində Sədərək qalası, Ağdam rayonu ərazisində Üzərliktəpə, Babək rayonu ərazisində Çalxanqala, Ağstafa rayonu ərazisində Qarğalartəpəsi, Babək rayonu ərazisində I Kültəpə, Cəlilabad rayonu ərazisində Əliköməktəpəsi və Şərur rayonu ərazisindəki Oğlanqala yaşayış yerlərini göstərmək olar.

Manna dövrünün memarlığı İranınQərbi və Şərqi Azərbaycan ostanları ərazisindəki abidələr əsasında qismən öyrənilmişdir. Manna dövrü memarlığını özündə əks etdirən abidələrə nümunə olaraq Urmiya gölü ətrafında yerləşən Həsənlitəpə, Dinhatəpə, Göytəpə, Həftəvantəpə və Gilan ostanı ərazisindəki Rudbar şəhəri yaxınlığında yerləşən Marlıqtəpə yaşayış yerlərini göstərmək olar. Manna dövrü kimi, Atropatena dövrü memarlığını əks etdirən əsas abidələr də İran İslam Respublikası ərazisindədir. Bu cür abidələrə nümunə olaraq Atropatenanın paytaxtı olmuş Qazaka şəhərinin qalıqlarını əks etdirən Təxti Süleyman yaşayış yeri və Kürdüstan ostanı ərazisində Saqqız şəhəri yaxınlığında yerləşən Kerefto mağara-məbədini göstərmək olar. Azərbaycan Respublikası ərazisində Atropatena dövrü memarlığı qismən Sabirabad rayonu ərazisindəki Ultan qalası yaşayış yeri əsasında öyrənilmişdir.

Qafqaz Albaniyasının memarlığı əsasən Azərbaycanın Şimal-Qərb və Qərb rayonlarında saxlanmış abidələr (Şəki rayonu ərazisindəki Kiş,[]Zəyzid, Bideyiz kilsələri və Dairəvi məbəd, Şabran rayonu ərazisində Çıraqqala, Qəbələ rayonu ərazisindəki Kabalaka yaşayış yeri və Kilsədağ kilsəsi, Qax rayonu ərazisindəki Qum bazilikası, Ləkit kilsəsi, Yeddi kilsə monastırı, Mingəçevir kilsə kompleksi, Qazax rayonu ərazisində Avey kilsəsi, Xocavənd rayonu ərazisində Amaras monastırı, Laçın rayonu ərazisindəki Sisərnəvəng monastırı və sair) əsasında öyrənilmişdir. Azərbaycan ərazisində orta əsrlər xristian feodal dövlətlərinin memarlığı isə əsasən Qərb rayonları və Qarabağ ərazisindəki abidələr (Kəlbəcər rayonu ərazisində Gəncəsər və Xudavəng monastırları, Lex qalası, Gədəbəy rayonu ərazisində Həmşivəng monastırı, Ağdam rayonu ərazisində Müqəddəs Yelisey monastırı, Tərtər rayonu ərazisində Üç körpə və Xatirəvəng monastırları, Craberd və Xoxanaberd qalaları, Xocalı rayonu ərazisində Qaxaç qalası və s.) əsasında qismən tədqiq edilmişdir. Azərbaycan ərazisində dövrümüzə çatmış ən qədim tikililər Qum bazilikası, Ləkit kilsəsi və BakıdakıQız qalasının təməl hissəsi hesab edilir.[]

Orta əsrlər memarlığı[redaktə

Azərbaycan mədəniyyəti

Azərbaycan mədəniyyəti (azərb-ərəb.آذربایجان مدنیتی&#;[qeyd 1]) — azərbaycanlıların, Azərbaycanetnik qruplarının və tarixən mövcud olmuş dövlətlərinmədəniyyəti. ХI-ХIII əsrlərdə Səlcuqlar və Hülakülər dövründə türk oğuz tayfalarının Şərqi Zaqafqaziya və İran Azərbaycanına gəlişi ilə Azərbaycan xalqı formalaşmağa başlamış və bu proses XV əsrin sonlarına qədər davam etmişdir.[1][2]Azərbaycan ədəbi dili XIII əsrdə formalaşmağa başlamış, XIV–XV əsrlərdə isə yazılı Azərbaycan ədəbiyyatı ortaya çıxmışdır.[3] XVI əsrdə Azərbaycan türkləri tərəfindən qurulan[4]Səfəvilər imperiyasında Azərbaycan dili dövlət dili olaraq istifadə edilirdi.[5]

Əsrlər boyunca Azərbaycan dili bütün Persiya, Qafqaz və cənub-şərqi Dağıstandalinqva franka kimi ticarətdə və etnik qruplar arası qarşılıqlı münasibətlərdə istifadə edilib.[6] İranda uzun müddət azərbaycandilli sülalələrin hakimiyyətdə olması fars dilinə idarəçilik, titul adları və hərbi terminologiyada bir çox azərbaycanizmlərin daxil olmasına gətirib çıxarmışdır.[3] Azərbaycan ədəbiyyatının geniş inkişaf etdiyi Səfəvi dövründə Azərbaycan dastanları Osmanlı, Çağatay və fars ədəbiyyatlarına nüfuz etmiş,[7] XVIII əsrdə erməni və gürcü aşıqları Azərbaycan aşıq sənəti nümunələrini öz əlifbaları ilə qeydə almışdır.[8] Orta əsrlərdə formalaşmış Azərbaycan xalçaları Asiya və Avropada məşhurlaşmış,[9] Azərbaycan xalçaçılarının ideya və bacarıqları bütün Qafqazda hiss edilmişdir.[10]

XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olurlar. XIX əsrin sonu-XX əsrin əvvəlləri Azərbaycanda milli oyanış — mədəni Renessans dövrü (maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı) baş vermişdir.[11][12] Bu dövrün azərbaycanlı islahatçı ziyalıları dövrü nəşrlər, teatr truppaları və qonşu dövlətlərdəki konstitusiya hərəkatlarında iştirak vasitəsilə türk Cənubi Qafqazından başqa İran, Osmanlı və Mərkəzi Asiyada da təsirə malik oldular.[13]Azərbaycan əlifbaislahatı isə Türk yazı inqilabına başçılıq etmiş, bütün Türk dünyasına birbaşa təsir etmişdir.[14] Azərbaycan İslam dünyasında milli teatrın, operanın, qərb tipli universitetin və baletin əsasının qoyulduğu ilk ölkədir. Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlətlərdən biri, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlətdir.[15]

Azərbaycanlıların tarixi topluluğu cənubda Qızılüzən çayından şimalda Böyük Qafqaz dağlarına, şərqdə Xəzərdən qərbdə Gürcüstan və Ermənistana qədər olan ərazidə ortaya çıxmışdır. İranda Azərbaycan dili az qala Qəzvinə qədər danışılır,[16] Gəlucah isə Azərbaycan linqvistik ərazisinin ən şərq nöqtəsi sayılır.[17] XV əsrdə Azərbaycan mədəniyyətinin iki mərkəzi formalaşmışdır: Cənubi Azərbaycan və Aşağı Qarabağ.[1] Azərbaycan mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhəri ci ildən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.[18]

Azərbaycanlılar Qafqaz,[19] türk[20] və İran elementləri daşıyan irsə malikdirlər.[21][22]Azərbaycanda İslamın yayılmasıyla İslam mədəniyyəti inkişaf etmiş,[1] bu dinin təsiri Azərbaycan mədəniyyətinin mayasına hopmuş, digər mədəni elementlərlə birləşmişdir.[23] Azərbaycanın maddi mədəniyyəti əsrlər boyunca davam edən simbiozun, yerli elementlərin və köçərilərin töhfələrinin incə birləşməsinin nəticəsidir.[24] XIX əsrin sonu-XX əsrin əvvəlləri milli oyanış dövründə Qərb dəyərləri və təşkilatları Azərbaycanda tətbiq edilmiş,[12] ci ildən Azərbaycan Avropa Şurasının üzvü olmuşdur.[25] Hal-hazırda, 6 müstəqil türk dövlətindən biri olaraq, Azərbaycan Türk Dövlətləri Təşkilatı və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının aktiv üzvüdür.

Azərbaycanda UNESCO tərəfindən qeydə alınmış 3 Ümumdünya irsi, 19 qeyri-maddi mədəni irs, 2 əlyazma toplusu, 3 yaradıcı şəhər var. Dağlıq Qarabağ münaqişəsinə görə torpaqlarını tərk etmiş Qarabağ və Şərqi Zəngəzur azərbaycanlılarının repatriasiyası üçün "Böyük Qayıdış" layihəsi davam etdirilir, ərazidə ziyan görmüş Azərbaycan mədəniyyət abidələri bərpa edilir.[26]

Mədəniyyətin inkişaf tarixi[redaktə mənbəni redaktə et]

XIX əsrdə Abşeron yarımadasındaneft sənayesinin inkişafı ilə ictimai və mədəni həyatda da canlanma baş verir. XX əsrin əvvəllərində BakıRusiya imperiyasının əsas sənaye şəhərlərindən birinə çevrilir. Şəhərin iqtisadi baxımdan sürətli inkişafı aralarında Emanuel Nobel, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Aleksandr Mantaşev və s. milyonçuların şəhərə böyük sərmayələr yatırmasına şərait yaradır, çoxsaylı yeni binalar və komplekslər inşa edilir. Azərbaycan şəhərlərində messenatların sifarişi ilə çoxsaylı ictimai binalar, məktəb, xəstəxana və yaşayış binaları inşa edilir. Həmin dövrdə inşa edilmiş memarlıq abidələri arasında İsmailiyyə, Səadət, Tağıyevin sarayları, Opera və Balet Teatrının binası, Şəhər Dumasının binası, Sabunçu elektrik qatarı stansiyası binası, Bakı və Gəncədə dəmir yolu stansiyalarının binalarını qeyd etmək olar.

–cu illərin Sovet Azərbaycanı memarlığı üçün konstruktivizm ideyasının hakim olması xarakterikdir. Həmin dövr memarlar Aleksey Şusev, Vesnin qardaşları, S. S. Pen, Q. M. Ter-Mikelov, həmçinin memar Mikayıl Hüseynovun yaradıcılığının erkən dövrü ilə əlaqəlidir. cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi İcrayə konstruktivizm üslubunu tənqid edən və milli memarlıq ənənələrinə qayıtmağa çağıran qərar verdi.[] Konstruktiv stil Azərbaycanda oturuşmağa imkan tapmamış, 30–cı illərdə yaradıcılığında klassik memarlıq ənənələri və milli memarlığın elementlərini birləşdirən S. A. Dadaşov, V. A. Munts və Mikayıl Hüseynovun təsiri Azərbaycan memarlığında hiss edilməyə başlayır. Bu sırada Mikayıl Hüseynovun yaradıcılığı xüsusilə fərqlənir. Həmin dövrün "klassik-milli memarlıq üslubu"nda inşa edilmiş əsərlər arasında Hökumət Evi (), Bakı Musiqi Akademiyası (), Azərbaycan Milli Kitabxanası (), Milli Ədəbiyyat Muzeyi (), AMEA binası (–) xüsusilə diqqəti cəlb edir.

cı ildə Azərbaycan Memarlar İttifaqının əsası qoyulmuşdur. –ci illərdə ölkəni idarə etmiş Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Azərbaycan memarlarını müasir və milli memarlıq elementlərini öz yaradıcılıqlarında birləşdirməyə çağırmışdı.[] Həmin dövrün memarlıq nümunələri arasında Bakı metropolitenininNizami () və Elmlər Akademiyası () stansiyaları, Zaqulba qonaq evi, Azadlıq prospektindəki yaşayış binaları, Gəncədə Kəpəz oteli (), Bakıda Abşeron oteli () diqqət çəkir.

Müasir Azərbaycan memarlığı əvvəlki dövrlərin memarlıq ənənələrini özündə əks etdirməklə islam, qotik, klassik, barokko, modern memarlıq stillərinin milli memarlıq elementləri ilə vəhdətindən ibarət binalarda əks olunur. Son dövrlərdə inşa edilmiş binaların fasadlarının işlənməsində aqlay daşından geniş istifadə olunur. Bundan başqa mərmər, qranit, alüminium panellər də fasadların həllində tətbiq edilir. Müasir Azərbaycan memarlığının maraqlı nümunələri arasında Alov qüllələri, SOFAZ Tower, SOCAR Tower, Baku Tower, Trump Tower Baku, Bakı Kristal Zalı, Bakı Olimpiya Stadionu, Gəncə Dövlət Filarmoniyasının binası, Heydər Əliyev Mərkəzi və Konqres Mərkəzinin binaları, Port Baku və Azure kompleksləri, The Crescent Development Project, Heydər məscidi və başqa memarlıq layihələrini göstərmək olar.

Təsviri incəsənət[redaktə

nest...

batman iftar saati 2021 viranşehir kaç kilometre seferberlik ne demek namaz nasıl kılınır ve hangi dualar okunur özel jimer anlamlı bayram mesajı maxoak 50.000 mah powerbank cin tırnağı nedir

© 2024 Toko Cleax. Seluruh hak cipta.