salavat kübra dinle / Видео salavatlar

Salavat Kübra Dinle

salavat kübra dinle

01 апреля 2006 года

Posted 04 March 2006 - 06:02 PM


Cavab:

Цитата
1.Sizin radikal deyil, tolerant bir insan oldugunuzu va Sizin manimla bir neca dafa yazismaq istadiyinizi gorarak Siza cavab yazmagi qarara aldim.
Sozumu dinlarin qaynaqlari olan Muqaddas Kitablardan baslamaq istayiram. Avvala xristianlarin va musalmanlarin anlaminda "Muqaddas Kitab" anlayisi tamamila farqlidir. Xristianlara gora muqaddas kitablar Allahin va insanlarin birga fealiyyatinin naticasidir. Yani insanlar Muqaddas Ruhdan ilham alaraq, Allahin istak va amrlarini oz sozlari ila yasmislar. Bibliyaya daxil olan kitablardan hec biri na goydan dusmayib, nada "Muhammad, bu sozlarin hamisini yadda saxla, yanindakilara de, soyladiyinin hamisini harf-ba-harf yazsinlar" uslubunda vahy galmlyib. Kitablarin hamisi Allahin fikrinin kitab yazanin dili ila ifadasidir.



İlk olaraq siz yazanda az-az yazın ki, mən suallara cavab verməyə də vaxt tapım və həmçinin belə daha rahat olar!!!
1. Sənin məsələlərə baxışın düzgün deyil. Görsənir ki, Islamı yaxşı bilmirsən və xaçpərəstlik haqda da məlumatların qarışıqdır. Görsənir ki, səni bu cür şübhələrlə İslamın insanlar tərəfindən ixtira olunmuş bir din olmasına inandırıblar. Siz qeyd etdiniz ki, Allah kitabı yalnız vəhy deyil, əksinə insanların sözləri ilə qarışıqdır. Təbii ki, mən sizə ümumi cavab verəcəyəm və yazdığınız hər xətalı sözə görə sizə irad tutmayacam. Tövrat, İncil, Zəbur və Quran Allah təalədən cəbrail vasitəsi ilə nazil olan vəhydir, yəni Allah təalənin kəlamıdır. Siz özünüz də qeyd etdiniz ki, İncildə bəşərin sözü də var. Bu etiraf doğru etirafdır. Lakin Qurani Kərim isə elə deyil. Bəli, vəhy Məhəmmədə (Ona və ailəsinə Allahın salat və salamı olsun!) nazil olurdu. O deyirdi ətrafındakılar da olduğu kimi yazır və əzbərləyirdilər. Fəqət bilmək lazımdır ki, əvvəlki kitablardan fərqli olaraq Quran bir dəfəyə deyil, 23 il ərzində tədriclə nazil olmuş və bu da Quranın yazılması, olduğu kimi qalması və əzbərlənməsi üçün çox rahat bir üslub idi. Bilmək lazımdır ki, Qurani Kərim nazil olunan gündən əzbərlənir və ona görə də heç kəs ondan nə o zaman nə də indi bir hərf də dəyişdirə bilməz.

Цитата
2.Biz Incilin hafrlarini bir-bir sayib qurdalamiriq ki, orada mocuza axtaraq. Mark Incilina gora Vaftizci Yahya Isanin cariqlarinin bagini acmaga layiq olmadigini dediyi halda, Matta Incilina gora Vaftizci Yahya Isanin cariqlarini dasimaga layiq olmadigini bildirir. Lakin biz dusunmuruk ki, Vaftizci Yahya bu sozu dedi, yoxsa o sozu dedi, yaxud onun dediyi sozlarda neca harf vardi. Biz anlayiriq ki, Vaftizci Yahya na demak stayirdi. Cunki onun cariqlarla neca raftar etmasi dinimiz ucun onamli deyil.



2. Siz qeyd edirsiniz ki, incillər arasında hərf fərqi var və bu elə də əhəmiyyət daşımır. Təbii ki, biz bununla razı deyilik. Çünki Allah təalənin kitabı olduğuna görə tam qətiyyətli fikirlə ifadə olunmalıdır ki, bu ən birinci məsdərdir. Məyər incillərdə yalnız hərf sərfi var?. Əgər sizə yalnız hərfi səhvlərin olduğunu deyiblərsə onda sizi aldadıblar. Incillərdə ixtilaf çoxdur. Bu yalnız hərflərdə deyil, ad, illər, surələrin sayı və s.-dir. Belə ixtilaflardan məs, İsanın (Aleyhis Salam) nəsəbi barədə: matta incilinə görə isanın (Aleyhis Salam) nəsəbində 27 nəfər, Luqa incilində isə 42 nəfər qeyd edilir. Məyər bu hərf səhvidir?!. Həmçinin isanın (Aleyhis Salam) 12 tələbəsinin adlarında da ixtilaf vardır. Markos öz incilində deyir ki, İsa (Aleyhis Salam) öz həvarilərinə səfərə çıxarkən əsadan başqa bir şey götürməyi qadağan edib. Digər incildə Luqada deyilir ki, İsa (Aleyhis Salam) onlara nəinki əsa və digər şeyləri götürməyi qadağan etdi. (Digər əşyaların adlarını da qeyd edir). Bu iki incildə birincə əsanı götürməyi əmr edir, digər incildə isə qadağan edir və hadisə də həmin hadisədir. Çəkiləcək misallar çoxdur. Ona görə siz deyəndə ki, bu ixtilaflar hərf səhvləridir və siz buna belə laqeyd yanaşırsınızsa onda bu böyük xətadır.

Цитата
3.Sizda isa durum tam aksinadir. Siza gora Muqaddas Kitab ya goydan dusmali, ya da malayin imlasi ila yazilmalidir. Bununla da bela bir taassurat yaranir ki, guya Qurani Karim birbasa Allahdan galan sozlar toplusudur. Guya orada basqa hec kimin fikri yoxdur. Bununla da kitab sanad rolunu yox, ilahi manbadan galan sehrli bir sey rolunu oynayir va kitab butlasdirilir. Onun matnlari sakil carcivalarina salinib evlarin va mascidlarin divarlarindan asilir. Bu bir nov xristianlarin ikonalarini avaz edir. Yeri galmiskan, butparastliya yaxin olan ikonaparastlik va pirparastlik savadli xristianlar tarafindan artiq imtina edilmakdadirlar, onlar shirkdan basqa hec naya yaramirlar. Qurani Karimda "Kitabda Ilyasi da an", "Maryami da an" va sair ifadalar gostarir ki, "Mahammad, yazdigin kitabda hamin o insanlari da an, unutma". Allahdan galan kitabda bela sozlar yazilmir. Kitabin muakkifi Allahdirsa, Muhammadin kimisa kitabda anmasi garak deyil.
Qurani Karimda Allahdan basqa kiminsa ifadasinin olmasini bu aye ila subut etmak olar:
"Biz ancaq Rabbinin amri ila enirik. Onumuzda, arxamizda va bunlar arasinda olan har sey Ona aiddir. Rabbin asla unutqan deyil." (Quran 19/64)



3. Çox qəribə baxışdır. Qurani Kərim Allah təalənin kəlamıdır. Bunu Allah təalə Qurani kərimdə dəfələrlə qeyd edir. Burada bəşər fikri yoxdur və ola da bilməz. Çünki Allah təalə Quranı qoruyur və buna da zəmanət vermişdir. Allah təalə buyurur: "9 - Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!”" (əl-Hicr). Birdə çox maraqlıdır siz Quranın yazılıb divarlara asılan ayələrini bütlər və ikonalarla bir etdiniz. Bu isə təmamilə yalnış fikirdir. Çünki sizdə bütlərə və ikonalara ibadət edilir, amma bizdə isə bu sadəcə bir yazı xarakterini daşıyır və onlara ibadət olunmur. Çox maraqlıdır ki, siz böyük məsələlərə çox sadə baxışla baxırsınız. Görsənir ki, xaçpərəstliyin hansısa təriqətindəsiniz və əgər mümkünsə bunu bildirin. Amma dediyiniz ayələrlə Quranın ayələrinə şübhə ilə yanaşmanıza gəldikdə isə, bu Quranın üslubundandır və bu ərəb dilinin üslublarındandır. Yaxşı olar ki, siz ümumiyyətlə kitab sözünün mənasını öyrənin. Bir şeyi bilmək kifayətdir ki, Quran nazil olduqca eyni vaxtda olduğu kimi yazılırdı. Bu çox qəribə baxışdır. Xüsusən də o incillərdə olan dəhşətli eyblərdən sonra Quranda eyb axtarmaq düzgün deyil!. Bu cür ayələrdə Allah təalə Öz Peyğəmbərinə (Ona və ailəsinə Allahın salat və salamı olsun!) möminlərə bu cür çatdırmasını əmr edir. Ona görə də bu üslubla ayələri nazil etmişdir. Bunda bir eyb yoxdur. Əgər siz bunda eyb axtarırsınızsa onda sizin incildən xəbəriniz yoxdur.


Цитата
4. Muqaddas kitablarin tahrif olunmasina galdikda isa, biz demirik ki, o kitablar yarandigi gundan indiki zamana kimi hec bir dayisiklik olmadan catib. Masalan Incilin bazi matnlari arasinda sozlarin yerlari kimi xirda farqlar var.
"Onu dasiyaraq qovmuna gatirdi:"Ey Maryam"-dedilar.-san yungul bir is gordun. Ey Harunun bacisi, atan pis bir adam deyildi, ana da fahisa deyildi." (19/27,28)
Ey Harunu bacisi, bali, Isanin anasi Maryam, Isadan 1500 il onca yasamis Harunun bacisi Maryam ila sahv salinib. Biblya kitablarini sahvda ittiham etdiyiniz halda, bela bir gulunc va mantiqsiz sahva Bibliyanin hec bir kitabinda rast galmazsiniz.



4. Çox maraqlıdır. Siz Incili elə təsvir etmək istəyirsiniz ki, guya orada olan səhvlər söz yerlərinin dəyişikliyi və s. kimi səhvlərdir. Yuxarıda qeyd etdiyim misalda deyilən ziddiyatlar da xırda səhvdirmi?!. Məs, təəcüb doğuran məsələlərdən biri də İsanın (Aleyhis Salam) nəsəbidir. Xaçpərəstlər Isanı tanınmayan bir insana nisbət edirlər. O da dülgərlik edən Yusifdir. Hansıki sizi dediyinizə əsasən o Məryəmin nişanlısı idi. Ona görə də Matta onun nəsəbini qeyd edəndə İsaya (Aleyhis Salam) malikanə nəsəbi vermişdir. Luka isə tanınmayan və məchul bir nəsəb vermişdir. Birdə maraqlıdır ki, nə üçün İncillərdə Məryəmin nəsəbindən danışılmır. Amma Qurani kərimdən gətirdiyin şübhə isə "Ey Harunun Bacısı" məsələsi isə belədir: Burada bacı deməklə məqsəd bir anadan və atadan doğulmuş uşaq yox, dində və əməli salehlikdə olan qardaş və bacılıqdır. Necə ki, biz deyirik: "Ey adəm övladı". Məyər biz indi Adəmin vaxtında yaşayırıq?!. Bu adi bir misaldır. Məs, bütün möminlər qardaşdır. Məyər hamısı bir ata ananın qarnından çıxan bacı və qardaşlardır?!. Təbii ki, xeyr, burada məqsəd dini qardaşlıqdır və bu aydındır. Harun da əməlisaleh adamlardan biri olduğu üçün Məryəmə belə müraciət etmişdilər. Sən bizim yuxarıda dediyimiz ixtilaflara bax və sonra onlara şərh gətir görək. Həmçinin əlavə olaraq Matta (15\ 21-də) deyilir ki, Məsihdən qızı üçün şəfa diləyən qadın Kənanilər qəbiləsindən idi. Marks (7\ 24-də ) bu hadisəni qeyd edir və deyir ki, bu qadın Üməmi idi və onun nəsli Suriyalı Feyniqi idi. Buna bir izah gətirə bilərsənmi?. Bilin ki, İncillərdə belə ixtilaflar çoxdur. Mənə çox qəribə gəlir ki, siz deyirsiniz ki, çox cüzi ixtilaf var!. Bu qəribə və gülüncdür!!!.


Цитата
5.Qurani Karim kitab halina toplandigi gundan tarixi va matnlarin uygunsuzlugu ila sual dogurur.633-cu ilda , artiq Muhammadin olumundan sonra Emamada, Muhammad peygambara baxib, onun taktkasindan istifada etmaya calismis Museylima ila doyus oldu; Quran hafizlarindan cox adam vafat etdi va Allah bilir Quranin na qadar hissasi omurluk olaraq mahv oldu. Omar Abu Bakra (632-634) maslahat gordu ki, musalmanlar arasinda dolasan Quran hissalarindan na qalibsa, toplansin. Abu Bakr da bunu Zeyda tapsirdi. Zeyd Omarin basciligi altinda yerda qalan perqament, sur-sumuk, palma yarpaqlari, das-qaya uzarinda yazilmis Quran parcalarini topladi. Na toplaya bildilarsa, onu Hafsa verdilar. Lakin musalmanlar arasinda Quranin digar formalari da var idi, mahz 644-654-cu illrarda xalif olmus Osman, Zeyd vasitasi ila allarinda olan Quran parcalarini yena da redakte etdilar, gorunduyu kimi, Quran bir kitab olmadan onca cox itkilara va redaktelere maruz qalmisdir. Digar musalmanlarda olan Quran parcalari isa macburi olaraq onlardan alindi va yandirildi.



5. O döyüşdə şəhid olan Quran hafizlərindən əlavə həmin sayın qat-qatları qədər hafizlər var idi. Xüsusən də qeyd edirsiniz ki, Əbu Bəkr (Allah ondan razı olsun!) Zeydə (Allah ondan razı olsun!) əmr edir. Bu da ehtiyat üçün idi. Çünki Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) vəfatından sonra siyasi vəziyyət ağır idi və düşmənlər çox idi. Ona görə Əbu Bəkr (Allah ondan razı olsun!) bu məsələyə fikir verdi. Elə bu hərəkət özü göstərir ki, müsəlmanlar Qurana xüsusi diqqət yetirirdilər. Zeydə (Allah ondan razı olsun!) tapşırması isə boş deyildi. Çünki Zeyd gənc, güclü hafizəli və Qüreyşdən idi. Lakin bu məsələdə o özü iştirak etmirdi onun əvəzinə bir neçə böyük səhabələr iştirak edirdilər. Qurani kərim daş-qaya, palma və s. üzərində deyil, dəri üzərində yazılmışdı. Bu yazılılar elə də əhəmiyyət daşımırdı. Çünki Quranı əzbərdən bilirdilər. Hər il adi ramazanda təravih namazında gənc imamlar 15-16 və ya qocalar 70 və s. bu təbəqələrdə olan müsəlmanlar bir nəfəsə Quranı əzbərdən tam oxuyurlar. Mən özüm bir neçə 6 yaşlı uşağın Quranı necə də əzbər bildiyinin şahidi olmuşam. Bu indi belədirsə gör səhabələr Quranı necə də mükəmməl əzbər bilirdilər. Həmçinin ərəblər əzbərləməkdə çox məşhur idilər. Ona görə bir neçə hafizin ölməsinə görə Quranın dəyişilməsinə şübhə gətirmək çox zəifdir. Amma siz heç deyə bilərsinizmi ki, incili indiyə qədər bir nəfər tam əzbərləyib və camaata oxuyubmu?. Mənə elə gəlir ki, siz xaçpərəstliyə baxdığınız baxışlarla Islama da elə baxırsınız. İslam xaçpərəstlikdən təmamilə fərqlənir. Quranlarda olan ixtilaf mənaca olan ixtilaf deyl, ləhcə ixtilafıdır. Hətta bu indi də var. Quranın yeddi cür qiraəti var. Amma həmin qiraətlərə görə məna dəyişmir. Başqa Quranların yandırılmasına səbəb isə hamının bir ləhcədə oxuması idi. Çünki artıqqeyri ərəblər islama girəndə bu ləhcələr barədə ixtilaf salmışdılar. Ixtilaflarından biri də bu idi ki, Cəbrail Quranı Peyğəmbərə (Ona və ailəsinə Allahın salat və salamı olsun!) hansı ləhcədə gətirmişdir. Ona görə də Osman (Allah ondan razı olsun!) səhabələri yığdı və dedi ki, Qureyşin ləhcəsində olan Quran yazılsın və digər ləhcələrdə olan yazılar yandırılsın. Bu isə dəyişiklik deyil, sadəcə olaraq müsəlmanların Qurana necə də diqqət yetirməsinin nümunəsidir.

Цитата
6.Zeydin Qurani isa Mervanin hakimiyyati zamaninda (683-685) yandirildi. Elaca da Osmanin Quranindan basqa, uzun muddat ibn-Masudun da Qurani allarda dolasmisdi, sonra isa o da mahv olmusdu. Gorunduyu kimi, Quran kitab halina salinmadan onca na qadar dayisikliklara, itkilara, redaktelere maruz qalmisdir. Indi biz na bilak ibn-Masudun Quraninda na deyilir?



6. İbn Məsudun (Allah ondan razı olsun!) özü yazdığı Quran digər səhabələrin bildikləri Qurandan heç nə ilə fərqlənmirdi. Ona görə heç kəs onu ittiham da etməmişdir. Əgər belə bir fərq olsaydı o bildirilərdi. Xüsusən də biz tarixə baxanda görürük ki, Ömər (Allah ondan razı olsun!) məsciddə kiminsə başqa ləhcə ilə oxuduğunu görəndə onun yaxasından tutur və onu Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) yanına sürükləyir və deyir ki, bu adam Quranı dəyişib!? Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun!) buyurur ki, xeyr bu adam sadəcə öz qəbiləsinin ləhcəsində oxuyur. Bu onu göstərir ki, əgər belə bir ayrılıq olsaydı əslən onu yazmağa da qoymazdılar.

Цитата
7.Musalmanlardan alinib mahv edilmis Quran hissalarinda na yazilmis idi va onlar indiki Qurana na qadar uygun idilar? Doyusda vafat etmis hafizlarin Quran ayeleri biza na deya bilardilar? Omar, Osman va Zeyd Quraninda na qadar redakteler etdilar?



7. Ömərin, Osmanın, Zeydin və b.-rının Quranı demək səhv fikirdir. Sadəcə Osmanın vaxtında bütün səhabələr bir ləhcəyə ittifaq etdilər ki, təzə müsəlmanlar ixtilaf olmasın və çaş-baş düşməsinlər. Bu da redaktə deyil. Bu sadəcə Quranı bir ləhcəyə, Qureyş ləhcəsinə cəm etmək idi. Mənə elə gəlir ki, sizin incillərdən xəbəriniz yoxdur. kifayətdir ki, orta əsrlərə qədər 1400 incil var idi. Sonda 4 dənəsini saxlamaqla guya bir fikirə gəldilər. Lakin bu dörd incil arasında da çox ixtilaflar var. Mən yuxarıda bu ixtilafların çox cüzi bir hissəsini qeyd etdim.

Цитата
8.Musalmanlar daima Incillarin sayinin 50-ya qadar oldugunu, sonra 4-a endirildiyi haqqinda danismagi xoslayirlar. Bildiklari bu qadardir. Buna aydinliq gatiriram; Allahin oglu samaya yuksaldikdan sonra,



8. Biz əlli deməyi yox, əllidən də çox demək bizim söhbətimiz deyil, bir faktdır. Birdə sən orada Allahın oğlu deyirsən. Birinci siz İsaya (Aleyhis Salam) əgər Allahın oğlu deyirsinizsə onda deməli oğul atadan bir hissəsidir və ata oğuldan öncədir, oğul ondan yaranıb, atanın da oğul üzərində çox üstünlükləri vardır. Amma sizin İsaya (Aleyhis Salam) olan etiqadınız həqiqi oğulluqla düz gəlmir. Çünki siz elə iddia edirsiniz ki, oğul elə atanın özüdür, yəni birdir. Bu isə İncillərdə gəlməmiş bir əqidədir.
Çox maraqlıdır ki, bu vəsf yəni "Allahın oğlu" sözü İsadan (Aleyhis Salam) başqaları üçün də deyilmişdir. Məs, Matta (5, 9). Həmçinin Matta (5, 45)-də İsa (Aleyhis Salam) öz tləbələrinə müraciət edərək deyir: "Siz göydə olan atanızın övladları olasınız deyə...". belə misallar çoxdur. Həmçinin incilərdə İsanın (Aleyhis Salam) bir Peyğəmbər, insan oğlu, Davudun oğlu, bəşər övladı olması haqda çoxlu dəlillər vardır. Məs, Matta 8, 20. Luka 7, 3. Yuhanna 1, 51. Hətta Yuhanna 8, 40-da Məsih deyir: "Mən Allahdan eşitdiyi haqqı sizə çatdıran bir insanam". Əgər bunu sayla təxmini saysaq incillərdə İsanın (Aleyhis Salam) insan oğlu olması 68 dəfə qeyd olunur. 23 dəfə isə Allahın oğlu kimi qeyd olunur. Bu 23 məqamın sadəcə 4 yerində İsa (Aleyhis Salam) özü Allahın oğlu olduğunu deyir, digər məqamları isə İsanın (Aleyhis Salam) deyil, İblis və şeytanların sözlərindən də vardır. Belə olan halda nə üçün biz ağıl, şəriət dəlilləri və məntiqlə uyğun gələn bir fikri kənara qoyub, bunlara zidd olan, açıq görsənməyən, aydın olmayan, məntiqsiz və ağılsız bir fikri dəstəkləyək və ona "Allahın oğlumu" deyək?????!!!!! Amma təbii ki, biz müsəlmanların etiqadına görə Allah təalə nə doğmayıb nə də doğulmayıb. O pak və müqəddəsdir və onun heç bir şəriki yoxdur.

Цитата
9.Pasxadan sonra allinci gunda Masihin apostollari va sagirdlarinin uzarina Muqaddas Ruh endi va onlar ilham aldilar (Cabrayilin imla yazdirmasi ila sahv salmayin). Matta, Mark, Luka va Yahya (Yuhanna) birinci asrin muxtalif vaxtlarinda Masihin talimi zamani gorduklarini yazaraq, har kas oz Incilini tamamladi. Onlar das-qayadan va sur-sumukdan hec na kocurmadilar, onlar gorduklarini yazdilar. Birinci asrdan sonra, artiq o zaman Masihin apostollari va sagirdlari vafat etmisdilar, Incilin catismazligi uzundan (Dord asil Incil hala cox az sayda idi va onlar ilk kilsalarda istifade olunurdular) va xususi talim havasina dusan filosoflarin oz talimlarini yaratmaq istamalari uzundan apokrif Incillar yaratmaga basladilar. Apokrif Incillar Isanin talimi ila fantaziyalarin qarisigindan ibarat idilar va onlar sagirdlar tarafindan deyil, kanar dadmlar tarafindan yazilirdilar (bir asr kecdiyindan Isanin etdiklarina sahid olanlar olmusduler). Yazilan incillara apostollarin va sagirdlarin adlari qoyulurdu. Kim oz asarina avtoritetsiz ad qoymaq istayardi ki?
IIX-IX asrlarda saxta Quranlar yazilsa idi, siz onlari qabul edardiniz? Ela isa biz niya saxta Incillari qabul etmaliyik?



9. Siz çox səhv fikirlər ifadə edirsiniz. Yəni özün də deyirsən ki, apostollar incili ilham vasitəsi ilə yazıblar. Burada İsanın (Aleyhis Salam) birbaşa dediyi sözlər deyildir. Çox qəribədir, sən Peyğəmbərdən (Ona və ailəsinə Allahın salat və salamı olsun!) birbaşa eşidib yazan adamlara və onların yazdıqlarına və əzbərləyib bu günə qədər qoruduqlarına şübhə edir, amma kimlərinsə guya ilhamla nə isə yazdıqlarına isə inanınrsan!!!. Elə çıxır ki, İsanın (Aleyhis Salam) tələbələri və onların da tələbələri İsadan (Aleyhis Salam) daha doğru fikirdə və daha doğru yolda və camaata dada daha çox xeyir və cəfakeş olmuşdular. Bu cür İsa (Aleyhis Salam) haqda demək heç olarmı?!. Amma siz bunu dolayı yolla deyirsiniz. Biz inanırıq ki, Allah təalə İsaya (Aleyhis Salam) İncili nazil edib. Lakin indi o İncildən bir əsər-əlamət qalmamışdır. Bu Incilə Polis öz məktublarında işarə edir. Lakin hal-hazırda o Incil yoxdur. və onu əvəz edən dörd incil var lakin onların da heç biri Məsihə nisbət edilmir. Fəqət dördündən ikisi Matta və Yuhanna İsanın (Aleyhis Salam) həvarilərindən olublar. Mark Botrisin tələbəsi, Luka isə Polisin tələbəsi idi. Onlar heç İsanı (Aleyhis Salam) da görməmişdilər. Bu kitabların dördünün də tarixi sənədi yoxdur. Çünki Polis və digərləri öz məktublarında heç bu incillərdən danışmır. Həmçinin Peyğəmbərlərin əməlləri toplusunda heç bir bu Incillərə işarə yoxdur. bu onu göstərir ki, bu kitablar o zamanlar tanınmırdı. Bu kitablar sonradan üzə çıxmışdır. Amma əsl incil isə Polisin kitablarında, Markda, Peyğəmbərin əməllərində qeyd olunub. Əslən bu kitablar nisbət olunduğu adamların ölümündən sonra onilliklər keçdikdən sonra aşkara çıxarılıb. Kilsənin ilk istifadə etdiyi əsas müqəddəs kitab Polisin məktubları idi. Fəqət dördüncü əsrdə bu dörd kitab zühur etdi... və s.

Цитата
10.Barnaba Incili isa X asrda, Ispaniyada bir musalman tarafindan yazilib va Incilin yazildigi dil da, mahz IX-X asrlarda danisilan yahudi-kopt dilinin qarisigi olub. Bela ki, mahz hamin Incilin dili, IX-X asrlarda hamin dilda yazib-yaradan adabiyyatcilarin dili ila eynidir. Rasmi olaraq bu kitab XVII asrda, Kiprda tapilmisdir. Kitabda olan sahvlardan biri budur ki, guya Isa Masihdan sonra galmali olan peygambarin adi arab dilinda- Muhammad olaraq yazilib. Halbuki, hamin dilda onun adi Himda va ya Mohimda olmalidir.



10. Grösənir ki, sənin heç bu barədə də olan məlumatın düzgün deyil. Çünki Barnaba incili haqda olan ən birinci məlumat miladi tarixinin 492-ci ilinə təsadüf edib. Çünki Papa Calisus bəzi kitabların oxunmasının haram olmasını bildirib və əhmin kitabların arasında barnaba İncili də var idi. Bu onu göstərir ki, həmin kitab Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) doğulmasından əvvəl idi, qaldı ki, müsəlmanlar onu yazsınlar??? Sonra Barnaba incili 16-cı əsrdə zühur edib. O da ki, bir nəfər keşiş bu kitab haqda eşidəndə onun haqda maraqlanır və papanın kitabxanasında həmin incili tapır və papa yuxuya gedərkən o da vaxtını keçirmək üçün həmin incili oxuyur və sonra gizli yolla onu kitabxanadan çıxarır. Beləliklə Barnaba Incili üzə çıxır. Bu barədə çox danışmaq olar, lakin bizim üçün Qurandan sonra nəinki bu incil, hətta digərləri də hökmü ləğv edilmiş kitablardır. Aydındır ki, Barnabada xaçpərəstlərin əqidələrinə zidd olan məlumatlar olduğu üçün digər kitablar kimi onu da qəbul etmirlər.

Цитата
11. An dahsatli savh da budur ki, o saxta kitabda Vaftizci Yahyanin Isa Masih haqqinda dediyi sozlar, Isa Masihin Muhammad haqqinda dediyi sozlar kimi qalama verilib:"Man onun ayaqqabisinin bagini da acmaga layiq deyilam." Dahsat! Gor Kim kima "layiq deyil"! Allahin oglu hansisa peygambarin ayaqqabisinin bagini acmaga layiq deyilmis. Masih Isa ucun bundan boyuk tahqir ola bilarmi? Buna gora mi o ozunu sizin ginahlariniza gora qurban verdi? Sizin neca diliniz galir saxta murdar kitabi "Allahin Incili" adlandirmaga? Bu Allaha qarsi tahqirdir. Prinsipca, kitab sizindir, ozunuz bilarsiniz. Kitablar haqqinda hala cox danismaq olar. Indi isa galacayi Bibliyada oncadan xabar verilmis bir saxs haqqinda deyim. (novbati maktubumda) Cenab Qamet, bu maktuba cavabinizi gozlayiram.



11. Məhəmməd Peyğəmbər haqda (Ona və ailəsinə Allahın salat və salamı olsun!) müjdələr nəinki Barnaba incilində bu haqda hətta Tövrat və İncillərdə qeyd edilib. Məs, Yuhanna 16, 7.

Allah daha yaxşı bilir!

Подписывайтесь на нас

Добавить в социальные сети

Комментируемые публикации

Случайные публикации

  • Протеин — категории, применение, пошаговая инструкция
  • Отдых на Сейшельских островах, выбор острова
  • Продвижение аккаунта в Instagram: добивайтесь успеха с подписчиками!
  • Греция — острова, белые пляжи: Отпуск вашей мечты
  • Несколько идей бюджетных подарков для вашей девушки на Новый год

01 июня 2010 года

Posted 04 May 2010 - 04:47 PM

Цитата (dagestanec @ 02 May 2010, 22:35)
salam aleykum ve rehmatullahi ve bereketu!da 4em bolwe ya 4itayu zdes pro djixat (vawi slova) tem  bolwe ya udivlayus a neujeli narod toka zdes eta 4itayet i vse???suphenallah!djixad eta vozvisit slova Allha na etay zemle!!!4tob na dannoy territoriyi i mestnosti bil shariyat!!mne prosta o4en interesna i smewno kak v garabage mojet i paxnut takim velikim slovom kak DJIXAD???dopustim vi zabrali garabax ot armeniyi (xotya vratli)i 4to???tam budet shariyat??i prezident naw budet AMIROM??kanewna net!!!!suphenallah!!tam budet totje wirk i toje 4to was po4ti vezde v Azerbaycane!i poydut i umrut tam bratya!!!(vi ne vos ix shaxidami budete nazivat)(a v chechne i v dagestane kotoriye pogibli vi 4eta molcite pro nix no ne v etam sut)i 4to poydut i bogibnut bratya !!za 4to????????a???za to 4yobi tam spravlat NOVRUZ!!i 4tob tam toje zakrivali sunnitskiye me4eti????suphenallah!gardawlar avam olmayim garabax hara djixat hara??hele deyir fetvada lazim deyile!!!stranna!!!(u nas on i delayet 4to tebuyet fetvi kotoriye kanewna mi emu predstavlayem no on po4emuta na  nix ne reagiruyet)!!!i xvatit nazivat ix Djixadistami!s kakix por Ehli sunna val djamaa as Salafiya delitsa na daavatcikov ili djixadistav itd!!!i vtoroy vopros!!a kto takoy RABIYA MADXALI???mojet 4ut 4ut pro nego toje rasskajite bratyam!!????esli kanewna mojna!!neznayu dopustitili vi eta soobweniye day Allah 4tob ono prowlo!!ya Allah pomogi vse musulmanam !!ya Allah vsem tem kotoriye boleyut komu ploxo,i kovo kakiye problemi ya Allah pomogi im!pomogi nam obyedinitsa 4tob ne bilo fitni sredi nas!ya Allah pomogi GAMETU i vsem bratyam kotoriye vnesli v etu religiyu xot 4tota!!ya Allah sdelayda tak 4tobi vse muslimi lubili drug druga ne zavisima kto on!vedet djixat vedet davaat!!pomogi vsem mudjaxedam mira!uni4toj rossiyu kotoraya ubila 250.000mirnix ludey chechni 45.000iz nix kotoriye deti i 22.000kotoriye stali invalidami!!ya Allah sdelyda tak 4tob ni odin muslim eta ne zabil!powli na rossiyu takiye bedstviya 4tob ona ne o4nulas ot etava udara!!!!Allahu Akbar!Allahu Akbar!Allahu Akbar!!salam aleykum ve rehmetullahi ve bereketu!!!!


Assalam aleykum wa rahmatuLlahi wa barakatuhu!
Sheyx haqqinizi halal edin, istiyirdim sheyx Rabia Madxali barede achiqlama getirim hem qardash oxusun hemde forum ishtirakchilari.

Шейх Раби аль-Мадхаливыдающийся ученый, известный своей суровостью по отношению к приверженцам нововведений и страстей, которые искажают религию Всевышнего Аллаха, прикрываясь благими намерениями.
Ученые сообщили нам о том, кто такой аль-Мадхали, и дали ему характеристику, после которой вряд ли истинный мусульманин будет спрашивать о нем всяких заблудших, которые не сравнятся с великими имамами нашей уммы, лично знавшими шейха аль-Мадхали.

Шейх ‘Убайдуллах аль-Мубаракфури сказал: “Я нахожу шейха Раби‘а аль-Мадхали обладающим глубокими познаниями, большими достоинствами и обладающим правильным пониманием. Он следует по дороге саляфов и делами и убеждением, строго следует Корану и Сунне и является их защитником, а также он суров по отношению к приверженцам нововведений и своих страстей”. См. «ас-Санауль-бади’» 13.

Шейх Ибн Баз сказал: “Шейх Раби’ аль-Мадхали из числа лучших сторонников ахлю-Сунна уаль-джама’а, и он известен нам своими книгами и лекциями”. Он также сказал: “Он известен тем, что строго следует Корану и Сунне и предостерегает от тех, кто противоречит этому”. Также шейх Ибн Баз сказал: “О шейх Раби’ опровергай каждого кто заблуждается, и если ошибается Ибн Баз исправь его ошибку и если ошибается Мухаммад ибн Ибрахим исправь его ошибку”. Сл. “Таудихуль-баян” и см. «Санауль бади’» 18.

Когда шейха аль-Альбани спросили о шейхе Мукъбиле и шейхе Раби’е аль-Мадхали, он ответил: “Они являются призывающими к Корану и Сунне и к тому, на чем были саляфы, и сражаются с теми, кто противоречит этому правильному манхаджу, а тот, кто им противоречит, является одним из двух: либо он невежа (джахиль), либо приверженец своих страстей. И если он джахиль, то его надо обучить, а если он приверженец своих страстей, то следует прибегать к защите Аллаха от его зла, и мы просим Аллаха, чтобы Он повел его прямым путем или же сломал ему хребет”[/b]. Сл. “Сильсиля худа уан-нур” № 851 и “аль-Мууазанату бид’а аль-‘аср”.

Также шейх аль-Альбани сказал: “Поистине, несущим знамя джарху уа-тта’диль (предостережения и напутствия) в наши дни является наш брат доктор Раби’ аль-Мадхали. Те, кто пытается сделать ему опровержение, не смогут этого сделать с помощью знания, ибо знание с ним”. Сл. “аль-Мауазинату бида’атиль-‘аср”.

Шейх Ибн ‘Усаймин сказал: “Шейх Раби’ из числа ученых Сунны и он из числа обладателей блага, ‘акъида его правильная, а манхадж прямой”. См. «Санауль-бади’» 26.

Также, когда Ибн ‘Усаймина спросили: “Здесь у нас вопрос по поводу книг шейха Мадхали” Он ответил: “Этот вопрос не нуждается в моем ответе, ибо это подобно тому, как спросили имама Ахмада об Исхакъе ибн Рухауейхе, на что имам Ахмад сказал: “Это о таких как я спрашивают у Исхакъа, а не у меня спрашивают об Исхакъе”. Сл. “Итхафуль-кирам”.

Шейх Мукъбиль говорил: “Я советую своим братьям читать книги шейха аль-Мадхали и извлекать из них пользу, ибо она в них огромна”. См. “Фадаиху уа насаих” 36.

Однако некоторые доходят до откровенной лжи и, не боясь Аллаха говорят о том, что шейх аль-Альбани, Ибн Баз, Ибн ‘Усаймин и другие ученые хвалили шейха Мадхали когда он не заблуждался.

Однако после их смерти он сошел с прямого пути. Эту глупую ложь можно легко опровергнуть тем, что как раз при жизни этих ученых и начались обвинения и клевета в адрес шейха Мадхали, в связи с чем так часто многие студенты и спрашивали этих имамов о нем

А также достаточно того, что такие ученые как Салих аль-Фаузан, ‘Абдуль-‘Азиз ар-Раджихи, Салих ас-Сухайми, ‘Убайд аль-Джабри, Ахмад ан-Наджми, ‘Абдуллах ас-Сабиль, Салих аль-Люхайдан и другие ученые отзывались и отзываются по сей день о шейхе аль-Мадхали с почтением и уважением, говоря, что ‘акъида и манхадж его правильные.

Те, кто заявляет о “страшных” ошибках шейха аль-Мадхали, так и не указали ни на одну конкретную ошибку с аргументами и ссылками на ученых ахлю-Сунна. Мало того придумали секту под названием «Мадхалисты» к которой причисляют всех тех, кто им не угоден. И что самое удивительное, так это то, что к этой секте причисляют даже тех, кто никогда и не слышал о шейхе аль-Мадхали.

Подобная вещь напоминает собой термин «Вахабиты», выдуманный врагами истины, но что обидно, так это то, что выдумавшие термин «Мадхалисты» причисляют себя к ахлю-Сунна.

Это всегда было признаком сектантов, как говорили имамы нашей уммы, придумывать течение, названное именем ученого выступавшего против новшеств, чтобы люди опасались его. Исхакъ ибн Рахауейх, Абу Хатим и аль-Барбахари говорили, что признаком еретиков являлось называние ахлю-Сунна порочными имена, чтобы сбить с их пути несведущих людей.

И джахмиты, которые отрицали все атрибуты Аллаха, называли ахлю-Сунна «уподобляющими», из-за того, что они не отрицали качества Аллаха. См. “Шарху усули и’тикъад” 1/179, 23/532 и “Шарху-Ссунна” 79.

Тем, кто порочит шейха аль-Мадхали, следует на этом не останавливаться и порочить всех вышеупомянутых ученых, которые были и есть на том же, на чем шейх аль-Мадхали, и кто заступался за него и говорил, что его вероубеждение и манхадж правильные.

Menbe: www.salaf-forum.ru/Слова ученых о шейхе Раби’ аль-Мадхали

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Allah razı olsun.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Поистине, Аллахь не лишает людей знания внезапно, а лишает их его забирая к себе ученых.Когда же не останется ученых, люди изберут для себя невежественных предводителей, которым будут задавать вопросы, а те в свою очередь будут издавать фатвы не имея знаний.Так они сами впадут в заблуждение, и собьют с прямого пути других.

nest...

batman iftar saati 2021 viranşehir kaç kilometre seferberlik ne demek namaz nasıl kılınır ve hangi dualar okunur özel jimer anlamlı bayram mesajı maxoak 50.000 mah powerbank cin tırnağı nedir